ElnurStore
  • Məhsullar
  • Tətbiqlər
  • Üstünlüklər
  • FAQ
  • Əlaqə
  • Haqqımızda
AZAzərbaycan
TRTürkçe
ENEnglish

İstifadə Şərtləri

Son yenilənmə tarixi: Aprel 2026

1. Xidmətin Qəbulu

ElnurStore ("biz", "sayt") platformasına daxil olaraq və ya bizdən hər hansı rəqəmsal məhsul əldə edərək, aşağıda göstərilən bütün İstifadə Şərtləri qaydaları ilə razılaşmış olursunuz. Gələcəkdə bu qaydalarda edilən hər hansı dəyişiklik və ya bildirişlə də razı olduğunuzu bəyan edirsiniz.

2. Rəqəmsal Məhsul Satışı

Biz rəqəmsal formada Premium Hesablar (Netflix, Spotify, ChatGPT və s.) təqdim edirik. Bütün satılan hesablar ilkin yoxlamadan keçmiş və işlək vəziyyətdə təhvil verilir. Paylaşılan (shared) hesablarda təhlükəsizlik qaydalarına əməl etmək müştərinin məsuliyyətindədir.

3. Zəmanət və Geri Qaytarma Şərtləri

  • Biz təsdiq edirik ki, sifariş anında təhvil verilən hesablar elan edilmiş xüsusiyyətlərə tam cavab verir.
  • Rəqəmsal məhsulların xarakteri səbəbindən aktivləşdirilmiş, işlək vəziyyətdə təhvil verilmiş və ya məlumatları dəyişdirilmiş hesablar müştərinin şəxsi istəyi ilə geri qaytarılmır.
  • Göstərilən zəmanət müddətində məhsulda texniki problem yaşanarsa (məsələn, bərpa kodunun sıfırlanması, şifrənin sistem xətası səbəbindən dəyişməsi və ya hesabın bağlanması), ilk növbədə mövcud hesab bərpa edilir və ya yenisi ilə əvəz olunur.
  • Zəmanət müddətinə əsasən geri qaytarma (Kompensasiya) qaydası: Əgər zəmanət müddəti ərzində yaranmış problemi bərpa etmək və ya yeni hesabla əvəzləmək mümkün olmazsa, geri qaytarılan məbləğ məhsulun ümumi paket müddətinə görə deyil, yalnız verilmiş rəsmi zəmanət müddətinin qalıq günlərinə əsasən hesablanır. Məsələn: 2 aylıq (60 günlük) məhsul alınıbsa və məhsula 1 ay (30 gün) zəmanət verilibsə, hesab 20 gün sonra bağlandıqda geri qaytarma yerdə qalan 40 gün üçün deyil, 30 günlük zəmanət müddətindən qalan 10 gün üçün hesablanaraq geri ödənilir. Zəmanət müddəti bitdikdən sonra geri qaytarma və ya əvəzləmə həyata keçirilmir.

4. Məhdudiyyətlər

Aşağıdakı hərəkətlərin edilməsi qəti qadağandır və hesabınıza olan zəmanətin ləğvi ilə nəticələnəcək:

  • Bizim tərəfimizdən xüsusi icazə verilmədikcə, paylaşılan hesaplarda şifrənin, e-poçt ünvanının və ya digər bərpa parametrlərinin dəyişdirilməsi.
  • Hesabların üçüncü şəxslərə yenidən satılması, açıq forumlarda, sosial şəbəkələrdə kütləvi paylaşılması.
  • Qanunsuz fəaliyyət üçün xidmətlərimizdən istifadə edilməsi.

5. Müəllif Hüquqları

Bu veb-saytdakı dizayn, məzmun və digər interaktiv detallar ElnurStore-a məxsusdur. Satılan tətbiqlər, rəqəmsal profil məlumatları bu adətlərin rəsmi xidmət təminatçılarına aiddir. Biz asanlaşdırıcı üçüncü tərəf rolu oynayırıq.

6. Dəyişikliklər

İstifadə Şərtləri əvvəlcədən xəbərdarlıq edilmədən yenilənə bilər. Mövcud və yenilənmiş şərtləri bu səhifədən izləyə bilərsiniz.

7. Əlaqə və Dəstək

Xidmət, satış və problemlər ilə bağlı 7/24 onlayn şəkildə Telegram hesabımıza və ya WhatsApp xəttimizə yaza bilərsiniz.

ElnurStore

Premium hesabların ən etibarlı ünvanı. 2025-ci ildən bəri müştərilərimizə keyfiyyətli xidmət göstəririk.

Naviqasiya

  • Məhsullar
  • Tətbiqlər
  • Üstünlüklər
  • FAQ
  • Haqqımızda

Hüquqi

  • Gizlilik Siyasəti
  • İstifadə Şərtləri

Əlaqə

  • Telegram
  • WhatsApp
  • Instagram
  • E-poçt

© 2025–2026 ElnurStore. Bütün hüquqlar qorunur.

Məhsullar Tətbiqlər Əlaqə Axtarış